Paşinyanın istefası indiki Ermənistan reallığında o qədər də adekvat və ağlabatan görünmür-Tural İsmayılov- ÖZƏL
22 May 2024 15:52 Siyasət"Əlbəttə, bu gün Ermənistanda revanşistlərin hazırkı Ermənistan hakimiyyətinə təsir imkanları kifayət qədər aşağı səviyyədədir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Nəzərə almaq lazımdır ki, Ermənistan ictimai rəyində bu gün Paşinyana qarşı aqressiv bir ritorika və mövqe göstərən qüvvələrin Ermənistan xalqının və cəmiyyətinin içərisində hansısa bir hörməti və nüfuzu yoxdur. Təbii ki, belə olan təqdirdə də biz görürük ki, Ermənistanın içərisində müxtəlif xarici dairələrin oyunları da Paşinyana sərf edir. Yəni Paşinyan xarici fonda belə bir görüntü yaratmağa çalışır ki, guya ona qarşı çox böyük etirazlar var və bu etirazlar fonunda Paşinyanın əleyhinə fəaliyyət göstərsələr də, o, guya ki, sülhə doğru addımlamağa çalışır. Hər halda hesab edirəm ki, Paşinyanın istehfası və yaxud ümumiyyətlə, hansısa növbədənkənar seçkilərin keçirilməsi indiki Ermənistan reallığında o qədər də adekvat və ağlabatan görünmür".