Belarusla Azərbaycan arasındakı dostluq münasibətləri tarixin ən gərgin sınaqlarından üzüağ çıxıb- ÖZƏL

"Belarus və Azərbaycan arasındakı  həqiqi dostluq və işgüzar əlaqələr ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndərin rəhbərliyi altında daha da genişlənib, Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində bu gün müttəfiqlik və dostluq səviyyəsində uğurla inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "Belarusla Azərbaycan arasında səmimi dostluq münasibətləri tarixin ən kritik sınaqlarından üzüağ çıxmış və Belarus lideri Aleksandr Lukaşenko ən çətin anlarda dövlətimizin yanında olduğunu nümayiş etdirərək, Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək vermişdir. 44 günlük zəfər müharibəsi zamanı Belarusun Azərbaycana olan səmimi dəstəyi o zaman Ermənistan cəmiyyətində və mediasında etirazlarla qarşılanırdı. Onlar KTMT üzvü olan digər bir ölkənin Azərbaycana bu dərəcədə sayğı və dəstəyini ağıllarına belə gətirmirdilər. Dövlətimizin rəhbəri mətbuata son bəyanatında ikitərəfli münasibətlərimizin inkişafını aydın şəkildə belə ifadə edib: "Aparılan danışıqlar-təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı-gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik". Bəli, iki dost, tərəfdaş ölkə münasibətlərin yeni tarixinə imza atırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31