Özbəkistanda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Hesablayıcı komissiyasının sədri Eldar Quliyev mayın 23-də Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfərdə deputatlar 28 may Müstəqillik Günü münasibəti ilə Azərbaycanın Özbəkistandakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaqlar.
Səfər mayın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31