İran və Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var- ÖZƏL

"Ölkə Prezidenti İlham Əliyevin regional məsələlərin həllində məhz region ölkələrinin mövqelərinin əsas götürülməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlər Cənubi Qafqazda gedən sülh və quruculuq proseslərini pozmağa çalışan, dünyadakı məlum qüvvələrə növbəti mesaj kimi qiymətləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu YAP Cəbrayıl rayon təşkilatının sədri  Arif  Fərzəliyev deyib: "Bu gün həm İranın, həm də Azərbaycanın regional təhlükəsizlik məsələləri ilə bağlı ortaq mövqeləri var. Prezident İlham Əliyev İran-Azərbaycan dostluğunun bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün önəmli amil olduğunu xüsusi vurğuladı. Bütün mövcud yaradıcı planları həyata keçirmək üçün indi də, gələcəkdə də yaşadığımız bölgədə sülh, əmin-amanlıq, sabitlik olmalıdır. Əlbəttə ki, regional sabitliyin uzun müddətə bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması vacib şərtdir. Bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi üzrə gedən proses də bu məqsədə xidmət edir. Öz növbəsində İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31