Uzagörən siyasətin və strateji yanaşmanın real nəticəsi- ÖZƏL
22 May 2024 11:19 Siyasət"Azərbaycanın və İran İslam Respublikasının rəhbərlərinin uzaqgörən siyasəti, dəqiq hesablanmış strateji yanaşmalarının nəticəsində biz Araz çayının su və energetika ehtiyatlarının birgə istifadəsini nəzərdə tutan hidroqovşaqların istismara verilməsinin şahidlik etdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşmasına təkan vermək məqsədi ilə inşa edilən bu ortaq layihənin - "Xudafərin" bəndinin yardımçı körpüsünün tikintisinin 1993-cü ilin fevral ayında Azərbaycan və İran rəsmilərinin iştirakı ilə" açılış mərasimi keçirilib. Eyni zamanda Azərbaycan tərəf "Qız Qalası" layihəsi üçün də yardımçı körpünün tikintisinə başlayıb. Lakin torpaqlarımız Ermənistan tərəfindən işğal olunduğu üçün Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini dayandırıb. Bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə döndükdən sonra "Xudafərin" mövsuzu yenidən gündəliyə gətirilib. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində dahi şəxsiyyət Heydər Əliyevin İrana 5 günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb".