İran-Azərbaycan dostluğunun dərin kökləri və tarixi var- ÖZƏL

"Azərbaycan bu gün bütün regon ölkələrinin və dost qonşu dövlətlərin inkişafına böyük töhfələr verir. Eyni zamanda "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə səbəb olur. Bu baxımdan qeyd edə bilərik ki, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının inşasında İranın böyük təcrübəsi həlledici rol oynayıb. Dövlət başçımızın dediyi kimi, bu layihə İran-Azərbaycan dostluğunun növbəti təzahürüdür". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "Bu dostluğun dərin kökləri və tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar. Bu gün də iki dost ölkə istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı bir çox ortaq baxışlara malikdirlər. Bu, çox önəmli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan münasibətləri həlledici amillərdən biri kimi çıxış edə bilər. Məhz bu münasibətlərin səmimi dostluq üzərində formalaşması sayəsində İran və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər və bundan sonra da bu dəstəyi göstərməkdə qərarlıdırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31