Fransa Yeni Kaledoniyada demoqrafik vəziyyəti dəyişməyə çalışır- ÖZƏL
21 May 2024 15:22 Siyasət"Fransanın daxili içlər nazirinin ölkəmizə qarşı əsassız və qərəzli açıqlaması ilk dəfə deyil. Bu ölkənin digər rəsmiləri kimi, o da Azərbaycana qarşı qara piar kampaniyası aparır. Yəni, daxili işlər naziri ənənəsinə sadiq qalaraq yalan danışmaqda davam edır, həm də bununla ölkəsinin törətdiyi cinayətləri ört-basdır etməyə çalışır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Yeni Kaledoniyada baş verənlər indinin problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsi, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq isə riyakarlıq və qərəzdən başqa bir şey deyil. Eyni zamanda, uzun illərdir ki, Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə, yerli kanakların sayının azalması üçün orada kolonialistlərin sayını artırmağa çalışır. Bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Rəsmi Paris bu problemlərə cavab vermək əvəzinə, Azərbaycanı ittiham etməyə çalışır. Yeni Kaledoniyada baş verən hadisələr zamanı 10-a yaxın günahsız insanın öldürülməsi, çoxlu sayda yaralının və həbs edilənin olması, bəzi sosial şəbəkələrin bloklanması Fransanın gerçək mahiyyətindən xəbər verir. Görünən odur ki, rəsmi Paris müstəmləkəçi siyasətini israrla davam etdirməyə çalışır. Bütün bunların fonunda bu ölkənin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar qəbulolunmazdır".