Qafqaz regionunda yeni reallıqları yalnız Azərbaycanın Qalib Lideri nəzarətdə saxlamağa qadirdir- ÖZƏL

"Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin inkişafı gələcək siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlığa şərait yaradıb". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olan Belarus dövlətinin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında, düşmənin viran qoyduğu torpaqların dirçəldilməsində, Böyük qayıdışın reallaşmasında fəal iştirakı da yüksələn hərtərəfli əlaqələrdən xəbər verir.
"Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız". Belarus Prezidenti Aleksandr Lukaşenkonun söylədiyi bu sözlər bir daha təsdiq etdi ki, Qafqaz regionunda yaranan yeni reallıqları yalnız Azərbaycanın Qalib Lideri İlham Əliyev nəzarətdə saxlamağa qadirdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31