Milli Məclis İran Prezidenti və digər həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib
21 May 2024 13:56 SiyasətAzərbaycan Milli Məclisi helikopter qəzasında həlak olan İran Prezidenti və digər şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. "Olaylar"ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında qeyd edib ki, İran Prezidenti, xarici işlər naziri və digər rəsmi şəxslər helikopter qəzasında həlak olub. Faciə ilə əlaqədar İran xalqına, həlak olanların onların ailə üzvlərinə başsağlığı veririk. Təklif edirəm ki, onların xatirəsini 1 dəqiqəlik sükutla yad edək.Təklifdən sonra millət vəkilləri İran Prezidenti və digər şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub. Qəzanın səbəbləri araşdırılır.