Rəisinin faciəli şəkildə həlak olması... - Əliyev
21 May 2024 13:41 Siyasətİran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.
Olaylar xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İran səfirliyində səfirliyin müvəqqəti işlər vəkili ilə söhbəti zamanı deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31