Ermənistan iqtisadiyyatı Qərbin və Rusiyanın təsir dairəsindən necə xilas ola bilər?- ÖZƏL

"Ümumilikdə götürdükdə Türkiyənin regiona təsiri təbii ki, danılmazdır. Türkiyə hazırda regional güc və qlobal güc miqyasında xeyli irəliləyir. Azərbaycan-Türkiyə arasında uzun müddətə dayanan strateji müttəfiqlik əlaqələri var. Bu, artıq strateji müttəfiqlik əlaqələrini də keçib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"İki dövlət arasında çox yaxın münasibətlər mövcuddur ki, dünyada bunun tayı bərabəri yoxdur. Eyni zamanda, Türkiyə-Ermənistan sərhədlərinin açılması da Ermənistanın özünün xeyrinədir. Buradan ən çox qazanacaq olan Ermənistandır. Çünki bu, Ermənistan iqtisadiyyatını Qərbin və Rusiyanın təsir dairəsindən xilas edə bilər.
Digər önəmli məqam Türkiyənin əvvəldən də qeyd etdiyi, bununla bağlı əsas irəli sürdüyü maddə odur ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və həll olunmayan problem qalmadıqdan sonra Ermənistanla sərhəd aça bilər. Bu da çox önəmli məqamdır. Artıq  Ermənistan rəsmiləri də Türkiyənin regiondakı rolunu qiymətləndirirlər. Bildirirlər ki, Türkiyə regionda həqiqətən güclü bir dövlətdir. Türkiyədən Ermənistana kapital axınını təşkil edə bilərlər. Yəni investisiya qoyuluşunu təşkil edə bilərlər. Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılması təkcə Ermənistanın Ankara və Bakı ilə münasibətlərinin yaxşılaşdırılması kimi yox, həm də onun digər dövlətlərin təsir dairəsindən çıxmasına kömək edəcək amildir. Ermənilər və Ermənistan rəhbərliyi bunun üzərində çox geniş şəkildə çalışır. Bu məsələnin sülh müqaviləsinin həll yolu ilə əldə olunmasına nail olmalıdırlar. İlk növbədə Azərbaycanda problemlər həll olunmalı, sülh müqaviləsi bağlanmalıdır. Daha sonra Türkiyə ilə münasibətlər nizama salınaraq sülh müqaviləsi bağlanmalıdır ki, bu, Ermənistanın çox xeyrinə olacaq bir amildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31