Ukrayna müharibəsində Ramştaym formatı uğurlu ola biləcəkmi?- ÖZƏL
21 May 2024 11:43 Siyasət"Ukrayna böhranı üzrə formalaşmış Ramştaym formatının növbəti iclası keçirilib. 50 yaxın ölkənin müdafiə nazirinin qatıldığı tədbirdə ABŞ müdafiə naziri L. Ostin həyəcan təbili çalıb. Ukraynaya yardımların intensivləşməsi və havadan müdafiə sisteminə daha çox ehtiyac olduğunu vurğulayıb. Bu iclas Rusiyanın Ukraynaya qarşı sərhəd boyu hücumlarını genişləndirməsi fonunda keçirilir. Rusiyanın əsas hədəfi Ukrayna qüvvələrini parçalamaq və hücumun intensivliyini artırmaqdır". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib:
"ABŞ, Böyük Britaniya və Almaniya Ukraynaya hərbi yardımları artırıb. Bundan sonra Ramştaym formatının qarşısında Rusiyanın hücumlarının durdurmaq və praktiki Ukraynaya hərbi yardımları artırmaqla əks-hücum əməliyyatlarina nail olmaqdır. ABŞ 61 milyard, Böyük Britaniya daha böyük hərbi yardımlar və Almaniyada bütün parametrlərnən Ukraynaya yardımları çatdırmalıdır. Qarşıda Rusiyanın hücumunun intensivliyi və Ukraynanın Şərqinin işğalı gözlənilir.
ABŞ və Avropa ölkələri yeni mərhələdə Ukraynaya real dəstəyi artaraq Ramştaym formatı çərçivəsində üzərlərinə düşən vəzifələri icra edəcək. Yay aylarında müharibənin taleyi bəlli olacaq".