Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN
20 May 2024 15:02 SiyasətAzərbaycan Tayvanın müstəqilliyini tanımır.
Olaylar xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabında qeyd edib.
"Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası "vahid Çin" siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır", - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31