Dünya dövlətləri Azərbaycanla əlaqələr qurmağa maraq göstərir- ÖZƏL
20 May 2024 11:53 Siyasət"Son dövrlər bir çox dünya dövlətləri Azərbaycanla sıx siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərir. Bu, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması, 2020-2023-cü illərdə qazandığımız Şanlı Qələbələr, dövlətimizin gücünün, güdrətinin artması səbəblərindən irəli gəlir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.
"Nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə təşəbbüslərin göstərilməsi, bir çox dünya ölkələrinin dövlət və hökumət başçılarının Azərbaycana səfərlər etməsi və ölkəmizlə iqtisadi və siyasi əlaqələri əhatə edən mühüm sənədlər imzalaması ölkəmizə olan inam və etibarın nümunəsidir. Azərbaycanın Ermənistan istisna olmaqla MDB-yə üzv dövlətlərlə iqtisadi, siyasi əlaqələri yüksək səviyyədədir və bu dövlətlərlə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır".