Ziyafət Əsgərov TÜRKPA-nın tədbirinə qatılacaq

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 21-24 may tarixlərində TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə məsələləri komitələrinin sədrləri üçün təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasının Ankara və İstanbul şəhərlərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, tədbirlər çərçivəsində komitə sədrinin "TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik arxitekturası" mövzusunda keçiriləcək iclasda iştirakı, həmçinin Türkiyə Aerokosmik Sənayesinə, ASELSAN Akyurt kompleksinə və Baykar şirkətinə səfərləri nəzərdə tutulur. 
Səfər mayın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31