İran prezidentinin helikopterinin qəzaya düşməsi şübhəlidir- ÖZƏL

"Azərbaycanla İran arasında əlaqələrin inkişafının  yeni mərhələdə davam etdirilməsi üçün razılıq əldə edilmişdi. Xüsusi mesajlar verildi və Bakı ilə Tehran arasında siyasi əlaqələrin ən üst səviyyəyə qaldırılması razılaşdırıldı". "Olaylar" xəbər verir ki, bunu poltoloq Məhəmməd Əsədullazadə deyib: "İranda siyasi və hərbi sistemə nəzarət edən SEPAH daima anti -Azərbaycan siyasəti aparıb və hökumət bu istiqamətdə apardığı siyasətə təzyiq edib. Buna baxmayaraq, İran prezidenti Azərbaycanla əlaqələrin normallaşması istiqamətində ciddi addımlar atır və sərhəddə gəlir. Prezident nəqliyyat vasitələri həm avtomobil, qatar və hava nəqliyyatı yüksək səviyyədə texniki imkanlara malik olur. İran prezidentinin helikopterinin qəzaya düşməsi şübhəlidir və burada SEPAH izinin olmasını istisna etmirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31