Qəzanın təbiət hadisəsi olması haqda rəsmi informasiyalara inanmaq lazım gəlir- ÖZƏL

"İbrahim Rəisini daşıyan helikopterin  qəzaya uğramasının Azərbaycan-İran yaxınlaşmasına qarşı sabotaj olması haqda müzakirələr başlayıb". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Cəmaləddin Quliyevin sözlərinə görə, yetərli informasiya olmadan bəri başdan səslənən ehtimallar yanlış hökmlər ortaya çıxmasına səbəb ola bilər: "Baş vermiş qəzanın təbiət hadisəsi  olması haqda rəsmi informasiyalara inanmaq lazım gəlir. Belə deyilsə də, sırf İrandaxili məsələdir. Bizim edə biləcəyimiz  iş qonşuda sabitlik olmasını arzulamaqdır.  Gürcüstan və Ermənistanın ardınca üçüncü qonşu, üstəlik, regional liderliyə iddialı dövlətdə qeyri-sabitlik, xaos yararımıza deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31