Fransa Azərbaycana hansısa bir məsələdə məsləhət verəcək ən sonuncu dövlətdir-Tural İsmayılov- ÖZƏL
17 May 2024 20:52 Siyasət"Əlbəttə tarix boyu Fransa kimi etnik dözümsüzlüyü tarix boyu dövlət idarəçiliyinin, siyasi idarəetmənin mərkəzinə gətirən bir dövlətin demokratiya, insan hüquqları və buna bənzər məsələlərdə Azərbaycana hansısa təkliflər irəli sürməsi və yaxud Azərbaycanı ittiham özü absurd və gülüncdür".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Birincisi, Fransa Azərbaycana hansısa bir məsələdə məsləhət verəcək ən sonuncu dövlətdir. Əl-Cəzairdə və dünyanın müxtəlif coğrafiyalarında etdiyi qətliamlara, soyqırımlara görə beynəlxalq hüquq qarşısında verməli olduğu cavabı indiyə qədər verməyib. Digər bir tərəfdən Fransada həm qanunvericilik səviyyəsində, həm də siyasi idarəetmə baxımından fərqli millətlərə, dinlərə, inanclara qarşı həyata keçirilən cinayət hadisələri və eyni zamanda, dözümsüzlük halları da bu günə qədər öz obyektiv qiymətini almayıbdır. Bu gün tolerant Azərbaycanı görməyib, Azərbaycanı hansısa məsələdə ittiham etməyə çalışmaq Fransanın erməni pərəst ikiüzlü siyasətinin növbəti göstəricilərindən biridir. Özəlliklə Makronun hakimiyyəti dövründə Fransa-Azərbaycan münasibətlərinə çox böyük bir zərbə dəyibdir. Bundan sonra da bu münasibətləri yaxşılaşdırmaq və düzəltmək də bir qədər çətin görünür".