Fransa Azərbaycandan üzr istəsə…- ÖZƏL

"Fransa Azərbaycandan üzr istəsə, qlobal həqiqəti və qlobal ədaləti də qəbul etmiş olacaq. Etiraf edəcək ki, bir işğalçıdır və Azərbaycanı bütövlükdə ittiham etdiyi məsələlər üzrə özü dünyada ixtisaslaşmış ölkədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Avropanın mərkəzində, Kaledoniyada və yaxud hansısa Okeaniya ölkəsində Fransanın əl atdığı cinayətlər bir növ onun ifşası ilə yekunlaşır. Azərbaycanın başlatdığı antikolenial hərəkat Fransanın ifşa olunması ilə nəticələnir. Ona görə Azərbaycana qarşı bu cür adlar qoymaqla, ittiham etməklə, müxtəlif yarlıqlar səsləndirməklə başa düşürük ki, bir növ qisasçılıq nöqteyi-nəzərindən özlərini göstərməkdədirlər. Azərbaycan əleyhinə söylənilmiş fikirlər birmənalı şəkildə böyük məsuliyyət yaradır. Beynəlxalq münasibətlər sistemində Fransanın nüfuzuna ciddi zərbə vurur və onun ədalətsiz mövqeyinə qarşı ciddi münasibətlər, reaksiyalar formalaşdırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31