Deputatımız ATƏT-ın tədbirinə qatılacaq

Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev Portuqaliya parlamenti və ATƏT PA-nın birgə təşkilatçılığı ilə keçiriləcək "Süni intellekt dövründə təhlükəsizlik" mövzusuna həsr olunmuş konfransda iştirak etmək üçün mayın 19-da Portuqaliya Respublikasının Lissabon şəhərinə səfər edəcək. 
Konfrans çərçivəsində "Süni intellekt və onun ATƏT regionuna təsirinin başa düşülməsi", "Demokratiyanın mühafizəsi və süni intellekt vasitəsilə inkişafın təşviq edilməsi" və "Süni intellektin tənzimlənməsi - milli parlamentlərin rolu" adlı panellərin təşkil olunması nəzərdə tutulur. 
Səfər mayın 21-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31