Ulu Öndər təkcə öz xalqının deyil, dünyada onu tanıyan hər kəsin sevimlisi idi- ÖZƏL
17 May 2024 14:07 Siyasət"Ulu Öndər Heydər Əliyev taleyinə böyük missiya yazılmış xarizmatik bir lider kimi dünya siyasət tarixində öz şərəfli yerini həmişəlik müəyyən etmişdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Quliyev deyib: "Xarizmatik liderlərə xas bütün üstün keyfiyyətlər: cazibədarlıq, cəsarətlilik, zamanında düzgün qərar vermə bacarığı, müdriklik, resursları düzgün qiymətləndirmək və səfərbər etmək, yüksək intizam və təşkilatcılıq, fenomenal yaddaş, parlaq zəka və natiqlik, dərin bilik və geniş dünya görüşü, uca boy- buxun, şax qamət, səliqəli geyimi, dəqiq jestləri, duruşu, baxıışı Ulu Öndər Heydər Əliyevi təkcə öz xalqının deyil, dünyada onu tanıyan hər kəsin sevimlisi etmişdi. Onu dünya liderlərinin hamısı tanıyırdı, hər kəs onu məftunluqlada dinləyir, ondan öyrənir, onunla hesablaşırdı. Təsadüfi deyildi ki, Amerikanın Prezidenti Bill Klinton Azərbaycan xalqının milli liderinə yüksək qiymət vermiş və söyləmişdi: Heydər Əliyev nəinki Azərbaycanı, nəinki Amerikanı, bütün dünyanı idarə etməyə qadir olan böyük dövlət xadimidir".