Digər ölkələrə dərs keçən “azad fransız mediası” kanakların çırağını söndürür-Şəbnəm Həsənova- ÖZƏL

"Dünyanın ən böyük müstəmləkə imperiyalarından biri olan Fransa bu sahədə ideologiyasını müstəmləkəçilik doktrinası ilə bəzi ölkələrdə özü üçün tarix boyu sınaq meydançasına çevirdi, assimilyasiya prinsiplərini isə indiyə qədər də praktiki olaraq həyata keçirir. Özünü dünyəvi dəyərlərin və mədəniyyətin beşiyi hesab edən bu dövlət digər mədəniyyətlərə qarşı dözümsüzlük və nifrət nümayiş etdirir ki, bu da xalqlar üçün fəlakətli, geriyə dönüşü olmayan nəticələr verir, onları ölümə məhkum etməyi hədəfləyir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Xalqların parçalanması, dəyərlərin yuyulması, aşınması, assimilyasiya Fransa siyasətinin doktrinasına çevrilib. Nəticə etibarilə, Fransanın müstəmləkə siyasətinin uzunmüddətli tətbiq metodları və nəticələri Fransa ilə xalqlar arasında sosial, mədəni və siyasi gərginlik mənbəyi olaraq qalır. Sistematik problemləri həll etmək əvəzinə nədənsə öz gözündə tiri görməyən Fransa, yenə də özgə gözündə tük axtarır. Fransa rəsmilərinin, xüsusilə də Daxili işlər və Dənizaşırı ərazilər naziri Jerard Darmaninin üzünə biz şillə vurmadan fransız tarixçilərinin sadəcə qulağa pıçıldaması kifayətdir ki, barmaqlarını Azərbaycana tuşlamadan öncə Fransa müstəmləkə siyasətini tətbiq etməyə başlayanda, xalqların sərvətlərini əlim yandıda istismar edəndə gözünün içinə qədər yalan danışan bu nazir həyata keçirdikləri siyasəti, əlli ildən artıq yaşı olan azadlıq mübarizəsini, Fransanın kolonial siyasətinə qarşı hərəkatı nə tez unudub? Bəli, tarix boyu fransız dilinin yayılması siyasəti çərçivəsində gənc beyinlərdən istifadə edərək qaranlıq qitənin istismarı məsələsi Fransa üçün sadəcə sosial-mədəni deyil, ictimai-siyasi məqsəd daşıyıb. Bu, ölkə daxilindəki iqtisadi problemlərdən xilas olmaq üçün hər zaman yeni axtarışlara baş vuran Fransanın gərçək simasıdır. Fransa nəinki öz iqtisadi problemlərinə, həm də müstəmləkə yarışında Avropadakı rəqiblərinə qarşı mümkün qədər tez həll yollarını hər zaman ən qatı müstəmləkə siyasətinin tətbiqində görüb. Fransanın müstəmləkəçilik siyasətinin əsasında digər xalqların aqibətini düşünmədən öz xalqının yaşayışına töhfə vermək dayanır. Müstəmləkəçilik siyasəti sələflər tərəfindən xələflərinə tarixi-siyasi miras olaraq qoyulub ki, barmağı Azərbaycana tuşlanan rəsmilər bunu gözəl bilir, bu siyasəti davam etdirirlər.
    Fransanın indi gur səslə danışmasına, inkişafına da yol açan məhz müstəmləkiçilk siyasəti idi. Çünki onun dünya lideri olması üçün beynəlxalq ticarətin kəsişdiyi Aralıq dənizi və Afrikada söz sahibi olması vacib idi. Aydın məsələdəir ki, bəzi ölkələrə qondarma müstəqillik verilsə də, hələ də faktiki müstəmləkəçilik siyasəti davam etdirilir, müasir dövrdə də aktiv və ekspansionist müstəmləkəçilik siyasəti yürüdülür. Fransanın tarixindəki müstəmləkəçilik siyasəti bu gün onun siyasətində çirkli və qaranlıq bir iz buraxır. Çünki Fransa tarix boyu da, indi də müstəmləkələrə qarşı Avropadakı rəqiblərinə münasibətdə daha fərqli, bir o qədər də qatı, sərt yol izləyib. İqtisadi, hərbi, siyasi və mədəni mexanizmlərin mürəkkəb şəbəkəsi vasitəsilə Fransa öz müstəmləkəçi "sivilizasiya missiyasını" yüzilliklər ərzində məzlum xalqlar üzərində dominant mövqeyini qoruyub saxlamağa imkan verən qatı qaydalara çevirib. Fransa indi də öz siyasi, iqtisadi maraqlarını hər şeydən üstün tutaraqı, bu maraqları qoruyan heç bir rejimi dəstəkləməkdən çəkinmir, qarşı çıxanlara isə amansız münasibət bəsləyir, əli çatmayanda da ləkə atır. Hələ üstəlik bir ritorik sual vermədən də keçə bilmirsən. Demoqrafik vəziyyətin dəyişdirilməsində necə də paralel siyasət və oxşarlıq yürüdülür, deyilmi? Fransa Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaqla adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün məqsədli şəkildə kanarların sayını azaldır, kolonialistlərin sayını artırır, kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Qarabağ da bu cür qeyri-leqal şəkildə fərqli ölkələrdən gətirilən ermənilərlə erməniləşdirilməyə çalışılırdı. Tarix heç nəyi unutmadığı, udmadığı kimi, nə bu ləkələr Azərbaycana yapışasıdır, nə də biz həqiqətləri görməzdən gələsi deyilik. Fransa riyakarlıqdan, kənar qüvvələri, Azərbaycanı ittiham etməkdən əl çəkməli, adanın əsl sahibi olan kanakların fikirlərinə qulaq verməli, istəklərinə hörmətlə yanaşmalı, ən əsası kolonial siyasətdən imtina etməlidir. Kanak xalqının müstəqilliyi uğrunda mübariz aparan kaledoniyalılar yerli seçkiləri sərt gücün elementi hesabına deyil, məhz demokratik idarəçiliyə əsaslı töhfə verən seçki vasitəsilə qazanıblar. Fransa isə məqsədli olaraq əraziyə köçürdüyü tərəfdarlarını hakimiyyətə gətirmək üçün gücün sərt elementinə əl atır. Yüz illər boyu istismar siyasəti, qaranlıq tarixin tozlu səhifələri Yelisey sarayının qərarlarında əks olunur. Bu sarayın pultu olan, digər ölkələrə demokratik dəyərlər adı altında dərs keçən "azad fransız mediası" kanakların çırağını söndürür. Media kanakların azadlıq mübarizəsi, dinc sakinlərin öldürülməsi məsələsi gələndə ağzına su alıb oturur. Hətta ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri, haqq səsini geniş auditoriyaya çatdırmaq üçün TikTok sosial şəbəkəsinə çıxış da blok edilib. Yeni Kaledoniya xalqı  tamamilə blokadaya salınacaqlarından, internetin bütövlüklə kəsilə biləcəyindən və bu vəziyyətin müvafiq zaman kəsiyində orduya əlverişli zəmin yaradaraq törədilə bilinəcək vəhşilikdən narahatdır. Ordunu Kaledoniyaya daxil etməklə nüvə silahına malik, BMT TŞ-nin üzvü Fransanın silahsız və əliyalın kanakları qorumağa "çalışması" nə qədər absurddur. Emmanuel Makron hökuməti digər bölgələrdə tətbiq etdiyini burda da eynilə tətbiq edir, xalqların iradəsinə hörmər etmir. Eynilə Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinin əksinə gedərək bu ölkənin seçki qanunvericiliyini kefi istədiyi kimi dəyişmək qərarına gəlib. Ordu qüvvələri və qoşunlar ərazini qarnizonda saxlayaraq tamamilə  nəzarəti əlində saxlamaq istəyir. Məqsəd isə miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmaqdır. Nəticə etibarilə hökumət siyasətinə nəzarət, dövlətin idarə olunması, miqrantları siyasəti diktə edə biləcəkləri postlarda otuzdurmaq, beləliklə də nəzarəti tam təmin etmək əsas hədəfdir. Baxmayaraq ki, Yeni Kaledoniyanın müstəqillik tərəfdarları Fransa hökumətini bir neçə dəfə dialoqa dəvət etdi, lakin sözügedən hökumət qanunsuz hərəkətlərini yenə də legitimləşdirməyə çalışır. Fransa Yeni Kaledoniyaya aid qərarları kaledoniyalıların iştirakı olmadan qəbul etməyə çalışmaqla onların nəinki zahiri, daxili xüsusiyyətlərinə də təsir edərək, neokolonializmi müxtəlif üsul və formalarda təzahür etdirməklə imperializmin əsas aləti kimi son və bəlkə də ən təhlükəli mərhələsinə çatdırır. Bütün bu cəhdlərə baxmayaraq Fransa Hökuməti öz əməllərini yenə də ört-basdır edə bilmədi. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa Hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırdı və qətlə yetirilənlər arasında gənclərin olduğunu bildirdi. Fransa Parlamentinin hər iki palatası yenə də layihəni zorla qəbul etdirdi və hazırda Yeni Kaledoniya xalqının səsini tam boğmaq üçün son gedişlərinə hazırlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31