Şuşa İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilib- ÖZƏL

"Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova deyib: "Bu mühüm addım İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. İl çərçivəsində ölkə daxilində və onun hüdularından kənarda keçirilən tədbirlər 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının geniş təbliğinə öz töhfələrini verəcək. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti islam dünyasının birilyinin, həmrəyliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31