“Bu addım Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir”- ÖZƏL

"Rusiya sülhməramlılarının Qarabağdan çıxması iki ölkə liderləri arasında əldə edilmiş razılaşmaların nəticəsidir. Bu addım Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, Birinci vitse-spiker Əi Hüseynli deyib: "Xarici hərbçilərin Azərbaycan ərazisindən çıxması ölkənin suverenliyinin və müstəqilliyinin möhkəmlənməsi baxımından mühüm hadisə olaraq dinc və sabit gələcəyə yol açılan yolun yeni bir göstəricisidir. Etiraf edək ki, əslində Rusiya sülhməramlılarının Qarabağ regionundakı fəaliyyətinə cəmiyyətimin reaksiyası heç də birmənalı olmayıb. Belə ki, onların bəzi davranışları ölkə ictimaiyyətinin qınağına tuş gəlirdi. Hətta bu belə faktlarla bağlı Prezident İlham Əliyev də bir neçə dəfə tənqidi fikirlər səsləndirmişdi. Lakin danmaq olmaz ki,  Rusiya Sülhməramlı Kontingenti (RSK) 10 noyabr 2020-ci il üçtərəfli Moskva Bəyanatının müddəaları əsasında onların üzərinə qoyulmuş missiyanı bütövlükdə yerinə yetirmiş və nəticə etibarı ilə ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin sabitləşməsinə mühüm töhfələr vermişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31