İlham Əliyevin regional liderliyi təsdiqlənir- ÖZƏL
17 May 2024 11:42 SiyasətLukaşenko: "Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız"
Azərbaycanın və Azərbaycan prezidentinin regional liderə çevrilməsi artıq bir sıra dövlətlər tərəfindən təsdiqini tapmaqdadır. Artıq bir sıra dövlət rəhbərləri və beynəlxalq təşkilatların təmsilçiləri bunu dilə gətirməkdən belə çəkinmirlər. "Olaylar" xəbər verir ki, Belarus Prezidenti Akeksandr Lukaşenkonun ölkəmizə səfəri zamanı Prezident İlham Əliyevin regionda oynadığı rol barədə səsləndirdiyi fikirlər nunun bariz nümunəsidir: "Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız".