Lukaşenko Füzuliyə getdi
17 May 2024 11:23 SiyasətAzərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31