Azərbaycan dövlətinin xarici siyasətində yeni strateji istqamətlər özünü göstərməkdədir- ÖZƏL
16 May 2024 16:56 Siyasət"COP29 ciddi bir iqlim çağırışıdır, hər bir dövlət bu konfransda öz potensialını ortaya qoyacaq, təkliflərini verəcək". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib: "Azərbaycan dövləti də ev sahibi olaraq onları dəstəkləməyə hazırdır. Bura qlobal ekoloji problemləri müzakirə etmək üçün yaxşı fürsətdir. Azərbaycan COP29 çərçivəsində tərəfdaşları ilə sıx işləyəcək. Ümumiyyətlə, dövlətimiz bu tədbiri yüksək səviyyədə keçirməklə dünyaya yeni həmrəylik və birlik nümunəsi göstərəcək".
O, əlavə edib ki, son zamanlar Azərbaycan dövlətinin xarici siyasətində yeni strateji istqamətlər özünü göstərməkdədir: "Xüsusən Azərbaycan müstəqillik uğurunda mübarizə aparan xalqlara, eləcə də ada dövlətlərinə dəstək verir".