Bütün dünya Fransaya “dur” deməlidir-Elçin Xalidbəyli- ÖZƏL
16 May 2024 16:56 Siyasət"Fransa hazırda beynəlxalq siyasət məkanında iflasa uğramaqda olan bir dövlətdir. Fransa əsrlər boyu Afrika qitəsində müstəmləkəçilik siyasəti yürüdüb. Bu fransız müstəmləkəçiliyinin ucbatından onlarla xalq ağır nəticələrlə üzləşib. Fransa ordusu Afrikada xüsusilə də Əl-Cəzairdə, Ruhandada və s. Afrika ölkələrində yüz minlərlə insanı qətlə yetirib".
Bu fikirləri siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında bildirib:
"Dünya tarixinə olduqca qorxunc hərbi cinayətlər kimi düşmüş hadisələrin törədilməsi Fransanın müasir dünyadakı yerinin faktiki olaraq doğru olmadığını göstərir. Çünki Fransanın hərbi cinayət törətmiş bir dövlət kimi dünyada demokratiyadan, insan haqlarından və s. bəşəri dəyərlərdən danışmaq hüququ yoxdur. Ona görə də Fransanın davranışları, bundan əvvəl və indi törətdiyi qorxunc hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasının müəyyən müzakirələr aparıb qərarlar qəbul etməsinə də artıq ehtiyac var. Çünki belə davam edərsə, Franda bütün dünya üçün başqa xalqların istismarı və müstəmləkə altında saxlanması ilə bağlı örnək rolunu oynayacaq və xalqların azadlığı qarşısındakı əsas təhlükə kimi qalmaqda davam edəcək. Ona görə də belə düşünmək olar ki, hazırda Fransanın Afrikadan qovulmasının özü də Fransanın müstəmləkəçilik siyasətinin "qara qitə"də artıq bezdirici həddə çatmasının nəticəsidir. Bütün xalqlar tədricən Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxmağa başlayıblar. Eyni hadisələr də Fransanın müstəmləkələrindən biri olan Yeni Kaledoniyada baş verir. Yeni Kaledoniya xalqı Makron hakimiyyəti tərəfindən aqressiv təzyiqlərə, təqiblərə məruz qalır. Kaledoniyada insanların seçmək, seçilmək hüquqları tapdalanır, idarəçilil sistemində iştirak hüquqları məhdudlaşdırılır. Belə şəraitdə Fransanın hələ də dünyada demokratiyadan, insan haqlarından danışması, hansısa xalqın hüquqlarının tapdalanmasına qarşı çıxdığını bəyan etməsi olduqca gülünc hadisədir. Son hadisələr də onu göstərir ki, Fransa Əl-Cəzairdə, Ruhandada və s. Afrika ölkələrində törətdiyi soyqırımları Kaledoniyada da törədə bilər. Yəni Makron hakimiyyətinin belə bir niyyəti hiss olunur. Bütün dünya Fransaya dur deməlidir. Belə bir dövlətin ərazisində önəmli, beynəlxalq tədbir olan Yay Olimpiya Oyunlarının keçirilməsinin ösü də tamamilə absurddur. BMT Təhlükəsizlik Şurası Fransa ilə bağlı sərt bir qətnaməni qəbul etməyə borcludur. Eyni zamanda, dünya idman ictimaiyyətinin ayağa qalxaraq yeni Yay Olimpiya Oyunlarının Fransada keçirilməsinin ləğv olunmasını tələb etməsinə də ehtiyac var. Əgər belə bir addım atılarsa, bütün dünyada müstəmləkəçiliyə qarşı mübarizə baxımından örnək rolunu oynaya bilər. Fransanın da özbaşınalığının, insanlara qarşı zorakılığının, qəddarlığının alınmasında böyük rol oynayar".