İran terror mahiyyətli siyasətindən əl çəkmir
17 May 2024 11:35 SiyasətMolla rejimi ölkəmizə qarşı hədə-qorxu nümayiş etdirir
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu daş altında yatan ənənəvi düşmənlərini oyadıb. Artıq regional liderlik statusundan çıxaraq beynəlxalq liderlik statusu qazanan Azərbaycanın uğurları region dövlətlərin kürkünə birə salıb. Ölkəmizin uğurlarından əndişələn dövlətlər çıxış yolunu Azərbaycana qarşı şər-böhtan atmaq, iftiralar yağdırmaqda görür. Elə İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan "Keyhan" qəzetində Qəzza məsələsi ilə bağlı dərc edilən məqalədə Azərbaycana qarşı təhdidedici ifadələrin işlədilməsi fikrimizi bir daha təsdiq edir. "Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" başlığı ilə dərc olunan məqalədə yazının müəllifi Məsud Əkbəri İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb. Bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır: "Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər". Məlumat üçün qeyd edək ki, "Keyhan"ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunması deməyə əsas verir ki, məqalədə səslənən fikirlər birbaşa Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Xatırladaq ki, Azərbaycan daim qonşu və "müsəlman" dövlət olan İranla münasibətlərin inkişafında daim maraqlı olub. Baxmayaraq ki, Azərbaycan torpaqlarının 20 faizinin 30 il ərzində Ermənistanın işğalı altında olduğu dövrdə İran mütəmadi olaraq ölkəmizə qarşı ikili siyasət yürüdüb. Bir çox hallarda isə əndazəni aşaraq ölkəmizə qarşı hədə-qorxu nümayiş etdirib, düşmən münasibət sərgiləyib. 44 günlük Vətən müharibəsində isə açıq-aşkar ölkəmizə qarşı süngü tuşlayıb. Bütün sadalananlara baxmayaraq, Azərbaycan siyasi səbr nümayiş etdirib, molla rejiminin səviyyəsinə enməyi özünə rəva bilməyib. Azərbaycanın torpqalrını azad edərək ərazsi bütövlüyü və suverenliyini bərpa etməsini heç cür həzm edə bilməyən İran hakimiyyəti bu gün də düşmən mövqeyindən əl çəkməyib. Xüsusən, Azərbaycanın Ermənistanla əlaqələrinin yumuşalmasından xoflanan İran bütün imkanlardan istifadə edərək münasibətlərin korlanmasına yönəlik siyasət yürüdür. Belə ki, balanslaşdırılmış xarici siyasətdə bulunan Azərbaycan İranla münasibtlərin normal məcraya gətirilməsinə çalşsa da, molla rejimi terror mahiyyətli siyasətindən əl çəkmir. Azərbaycanın xoşməramlı siyasətinə qarşılıq vermək əvəzinə ölkəmizə qarşı təhdidlər yağdırır, həqiqəti əks etdirməyən məqalərələr yazdırır, hədə dolu bəyənatlar verir. Xtırladaq ki, İran Qarabağ milli-etnik, regional və dövlətlərarası konfliktlərin mərkəzində, öz miqyasından qat-qat böyük qüvvələrin savaş meydanı olduğu dövrdə də analoji fəaliyyətdə bulunub. Dildə dost, qardaş dediyi müsəlman ölkəsinə qarşı daim xəyanətdə olub, xəncəri daim arxadan sancıb. İndi də İranda SEPAH başda olmaqla mühafizəkar qanad Azərbaycanla daim gərginlikdə maraqlıdır. Azərbaycanın İsraillə əməkdaşlığına kölgə salmağa çalışan molla rejimi əsassız ittihamlarla çıxış edir. Məlumdur ki, İranda anti-İsrail təbliğatı birmənalı olaraq din üzərindən aparılır ki, bu da dini inancları olan əksəriyyətin mövqeyinə təsirsiz ötüşmür. Bundan sui-istifadə edən İran rejimi Azərbaycanın İsrailə dəstək verməsi iddiasını daim gündəmdə saxlamaqla böyük çoxluğun ölkəmizə qarşı münasibətini öz maraqlarına uyğun formalaşdırmağa çalışır. Yeri gəlmişkən qeyd edək ki, bu gün Qəzzada baş verənlər qətliyamların əsas günahkarlarından biri də elə İran özüdür. Buna baxmayaraq, molla rejimi fələstinlilərin hüquqlarının qorunması, Qüds məsələsində Fələstinin özünümüdafiəsi üçün heç bir real atmayıb və yəqin ki, heç bu fikirdə də deyil. Belə halda, İranın İsraillə qeyri-sağlam münasibətinə görə Azərbaycanı ittiham etmək hansı məntiqə sığır? İran nəzərə almalıdır ki, Azərbaycan bütün dövlətlərlə ikitərəfli, bərabərhüquqlu münasibətlər qurmaqda marqlıdır və xarici siyasətini bu istiqamətdə davam etdirir. Odur ki, kimliyindən asılı olmayaraq heç bir dövlət ölkəmizin balanslaşdırılmış xarici siyasət yürütməsinə qarşı çıxa bilməz.
Alim