Fransa məzlum xalqa zülmü dayandırmayınca... - ÖZƏL

"Fransanın Yeni Kaledoniyada tətbiq etdiyi zorakılıqlar və insan haqları pozuntuları ilə bağlı Bakı Təşəbbüs Qrupunun həyəcan təbili çalması təqdirəlayiqdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Azərbaycan özü balaca bir dövlət olsa da, buranın insanları, özəlliklə də qlobal problemlərlə məşğul olan qurumları bu cür məsələlərə biganə deyil. Yəni bizim insanlarımız, bizim ayrı-ayrı qurumlarımız istər dövlət, istər qeyri-dövlət qurumlarımız dünyanın qəbul etdiyi dəyərlərə sadiqdir və bu dəyərlərin hər yerdə yüksək tutulması üçün öz töhfəsini verməyə çalışıb. O baxımdan, Fransanın Yeni Kaledoniyada bu cür zorakılıqlar tətbiq etməsi insan haqlarını davamlı və kobud şəkildə pozması Azərbaycan tərəfini biganə qoya bilməzdi. O cümlədən də, bu məsələlərlə məşğul olan Bakı Təşəbbüs Qrupunu biganə qoya bilməzdi və məhz ona görə də, Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyanın əzilən insanlarının problemlərini qlobal səviyyədə dilə gətirmək üçün, dünyanın diqqətinə çatdırmaq üçün bəyanatla çıxış edib. Bilirsiniz ki, bu, ilk təşəbbüs deyil. Bakı Təşəbbüs Qrupu bundan öncə də bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirib, tədbirlərdə fikirlər səsləndirilib, ondan sonra çağırışlar edib və təbiidir ki, bundan sonra da bu cür fəaliyyətlər davam edəcək. Yəni, Fransa o məzlum xalqa bu zülmü dayandırmayınca, Bakı Təşəbbüs Qrupu və onun kimi qurumlar, təbiidir ki, Fransaya münasibətini mütləq bildirməli olacaq. Yəni çıxış yolu ondadır ki, Fransa artıq XXI yüzillikdə yaşadığımızı idrak etməlidir və müstəmləkəçilik, xalqları əsarətdə saxlamaq siyasətindən əl çəkməlidir. Bax, Bakı Təşəbbüs Qrupu da məhz buna görə bu cür məsələlərə belə münasibət bildirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31