Fransanın bu siyasəti dəfələrlə tənqid olunub-Zeynal Əmrəliyev- ÖZƏL
16 May 2024 15:46 Siyasət"Yeni Kaledoniya da Əlcəzair kimi Fransanın müstəmləkəsidir. Necə ki, bir vaxtlar Əlcəzair Fransanın müstəmləkəsi idi, indi də Yeni Kaledoniya Fransanın zülmündən əziyyət çəkir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"Fransa dünyada ən böyük müstəmləkələrə malik ölkələrdən biri olub və hal-hazırda da təəssüflər olsun ki, bu müstəmləkəçilik siyasətini davam etdirir. Ümumilikdə müstəmləkəçilik siyasəti beynəlxalq hüquqa zidd bir anlayışdır. Hal-hazırda dünyada olan müasir dünya mədəniyyətinə zidd anlayışdır və geridə qalmışlığın ən böyük formatıdır. Bu, dəfələrlə Bakıda keçirilən qlobal forumlarda dilə gətirilib. Dünyanın ən böyük bəlalarından biridir. Təəssüflər olsun ki, hələ də müstəmləkəçilikdən əziyyət çəkən ölkələr var və hələ də müstəmləkəçilik tətbiq etmək istəyən ölkələr var. Məsələn, bunların başında Fransa gəlir. Fransanın bu siyasəti dəfələrlə tənqid olunub və hal-hazırda Azərbaycan bu ədalətin yanındadır. Yəni Yeni Kaledoniya xalqının müstəqillik arzularını həyata keçirilməsini dəstəkləyir və həmin bölgənin xalqı da Azərbaycana olan dəstəyini ifadə edirlər. Yəni Fransa əleyhinə keçirilən mitinqlərdə Azərbaycan bayrağının, Azərbaycanın dövlət başçısının portretləri, şəkilləri ilə çıxırlar. Bunlar özü Azərbaycana olan dəstəyinin ifadəsidir. Görünür ki, artıq Azərbaycan qlobal miqyasda müstəmləkəçilik əleyhinə öz fəaliyyətini gücləndirir və bu kimi işlərdə həmin xalqlara böyük şəkildə dəstək verir, önəm verir. Fransanın tətbiq etdiyi bu siyasət, yəni zülmün, haqsızlığın, ədalətsizliyin simvoludur. Bu bu gün çox təəssüflər olsun ki, Fransa dövləti Avropa mədəniyyətinin əsas mərkəzlərindən biri olmasına baxmayaraq, ədalətsizliyi, dünyada zülmü, müstəmləkəçiliyi təbliğ edir. Bunu həyata keçirməyə çalışır. Ancaq bu, müasir dünyada alınan bir proses deyil və belə də görünür ki, Fransa istədiyinə nail ola bilməyəcək, olmur da. Çünki onun qarşısını almaq gücündə olan yeni dövlətlər var və onun illərdir tətbiq etdiyi müstəmləkəçilik siyasətinə xalqlar artıq müqavimət göstərirlər. Biz bunu Yeni Kaledoniyada da görürük. Bu onu göstərir ki, Fransanın kolonist siyasəti artıq demək olar ki, süquta uğrayıb. Fransa yenidən bu siyasəti nə qədər dirçəltməyə çalışsa da, həyata keçirə bilməyəcək".