Öz gözündə tiri görməyən Fransa Azərbaycanda çöp axtarır
17 May 2024 11:33 SiyasətFransa müstəmləkəçilik siyasətindən əl çəkmək niyyətində deyil
Müasir dünyada beynəlxalq hüquqa istinad edildiyi bir zamanda müstəmləkəçilik siyasətinin davam etdirilməsi qəbuledilməzdir. Çox təssüf ki, özünü demokratiyanın, insan hüquqlarının müdafiəçisi kimi qələmə verən dövlətlər tərəfindən belə bir siyasətin yürüdülməsi halarına rast gəlinir. Hazırda müstəmləkəçilik siyasəini davam etdirən dövlətlərdən biri Franssadır ki, onun insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi idddiaları riyakarlıqdan başq bir şey deyil. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi beynəlxalq hüquqla daban-dabna ziddiyət təşkil edir. Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Cənubi Qafqazda erməni separatizmini dəstəkləməsi heç cür başa düşülən deyil. Başqa sözlə, Fransanın "Orientalizmə" söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması olduqca təhlükəlidir. Əslində, Makron hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməsi geosiyasi rəqabət üstünlüyünə hesablanıb. Acınacaqlı haldır ki, bu ölkənin regiondakı maraqlarının təmnin olunmaq istəyi yalnız və yalnız Azərbaycana qarşı təzyiq və təhdidlərlə müşayət olunur.
Baxmayaraq ki, iki dövlət arasında normal münasibətlərin saxlanması, ikitərəfli və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycan tərəfi mütəmadi olaraq konstruktiv mövqe nümayiş etdirib, Fransa bunun müqabilində ölkəmizə qarşı daim təzyiq rıçaqlarını işə salıb. Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa 30 illik vasitəçilik dönəmində daim Ermənistanın mövqeyini müdafiə edib, ancaq ölkəmizin siyasi rəhbərliyi bunu anlayışla qəbul edərək münasibətlərin qorunub saxlanması istiqamətində lazım olan bütün addımları atıb.
Yeri gəlmişkən qeyd edək ki, belə bir siyasətin yürüdülməsi Fransanın müstəmləkəçi dövlətçilik ənənələrindən irəli gəlir. Bu ölkənin Yeni Kaledoniyada törətdiyi əməllər dediklərimizin bariz nümunəsidir. Makron hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığın törədilməsi hallarının baş alıb getməsi Fransa dövlətinin müstəmləkəçi siyasətindən əl çəkməməsinə dəlalət edir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar sözün əsil mənasında bəşəri cinayət xarakteri daşıyır. Komendant saatının tətbiq edilməsi, ictimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bir xalqa qarşı zorakılığın pik həddidir. Fransa Senatı və Milli Assambleyası tərəfindən Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini reallaşdırmaq istəyi isə birbaşa dövlətlərin daxili işinə qarşımaq deməkdir. Məlumat üçün qeyd edək ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Noumea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif edilən son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub. Məhz bu kimi amillər nəzərə alınaraq Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada Kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Bəyənatda qeyd edilir ki, "Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ilə əlaqədar ciddi narahatlığını bildirir. Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqlar bizdə dərin narahatçılıq doğurur. Biz Kanaklı dostlarımız ilə həmrəyik və onların ədalətli mübarizəsini daima yanlarında durmuşuq. Fransa hökumətindən Kanak xalqının qərarını nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı və layiqli gələcək istəyənləri dəstəkləyirik".
Artıq dünya ictimaiyyəti Bakı Təşəbbüs Qrupunun bəyənatına ciddi reaksiya verməli, Noumea şəhərində və ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələrə biganə qalmamalıdır. Nəzərə alınmalıdır ki, Fransa polisinin etirazçılara qarşı həddindən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid edir.
Bu arada xatırladaq ki, Fransanın daxili işlər naziri Azərbaycanı beynəlxalq hüququ müdafiəsi etməsinə, müstəmləkəçilik siyasətinə qarşı çıxmasına görə ittiham edib. Xırtdəyə qədər yalan ifadələrlə dolu açıqlamada nazir açıq-aşkar yalan danışaraq ölkəmizə şər və böhtan atır. Nazir açıqlamasında nala-mıxa vurmaqla ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır. Nazirə xatırlatmaq yerinə düşər ki, Fransanın Yeni Kaledoniyada törətdiyi əməllər bu günün problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsidir, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq doğrudan da siyasi riyakarlıqdır. Bütün dünyaya bəllidir ki, uzun illərdən bəri Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə çalışır, kanarların sayının azalması üçün orada kolonialistlərin sayını artırmağa çalışır. Bu gün baş verənlər məhz Fransa dövləti tərəfindən yürüdülən müstəmləkəçi siyasətə qarşı mübarizədir. Yaxşı olardı ki, Fransa Azərbaycanı ittiham etmək əvəzinə, dinc sakinlərə divan tutmasına görə beynəlxalq cinayət məhkəmələrində olmasa belə, ən azı vicdanı qarşısında cavab versin.
Alim Hüseynli