Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım TƏKLİF ETDİ
16 May 2024 14:47 SiyasətBelarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.
Olaylar.az bu barədə BELTA-ya istinadən xəbər verir.
"Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır", - A.Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, bu iş çox vaxt, böyük əmək tələb edəcək və Belarus bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazırdır.
Belarus lideri əlavə edib ki, lazım gələrsə, bu prosesə qatıla bilərlər: "Biz ilkin mərhələdə bu məsələdə iştirak edə - texnika, aqro şəhərçiklər, iş yerləri, müəyyən texnologiyalarla dəstək verə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31