Özünü dünyada "demokratiya carçısı" adlandıran Fransa-Oqtay Qasımov- ÖZƏL
16 May 2024 14:50 Siyasət"Yeni Kaledoniya Fransanın Sakit Okeandakı müstəmləkələrindən biridir. Bu ərazinin yerli xalqı öz müstəqilliyi uğrunda mübarizə aparır, Qoşulmama Hərəkatının tərkibində də iştirak edirlər".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu ölkənin nümayəndələri Azərbaycanda da dəfələrlə müxtəlif tədbirlərdə iştirak ediblər. Son dövrlər bölgədə Fransaya qarşı etirazlar getdikcə artmaqdadır və onlar öz hüquqlarını tələb edirlər. Fransa hökuməti də etirazları yatırmaq üçün müxtəlif vasitələrə əl atır. Orada ən son komendant saatı tətbiq edib. Bu da insanların hüquqlarının sıxışdırılmasıdır. Belə ki, özünü dünyada guya demokratiya carçısı adlandıran, insan hüquqlarının müdafiəçisi rolunda çıxış edən Fransanın məhz bu müstəmləkəçi siyasətinin növbəti göstəricisidir. Aydın görünür ki, Fransa özünün maraqları tələb etdikdə insan hüquqları, xalqların hüquq və azadlıqları ilə bağlı hansısa bir addım atmaq niyyətində deyil. Bu baxımdan Bakı Təşəbbüs Qrupunun verdiyi bəyanat da doğru bir bəyanatdır. Fransa başqa ölkələrin daxili işlərinə qarışmaqla yanaşı, başa düşməlidir ki, insan hüquqları, demokratik dəyərlər yalnız Fransanın daxili işi deyil. Bu ümumbəşəri dəyərlərdir. Fransa necə ki, başqa ölkələrə bunu sırımağa çalışır və öz məqsədlərini həyata keçirmək üçün bundan istifadə edir. Məhz buna görə də öz müstəmləkəsi altında saxladığı xalqların azadlığını verməli və onların haqqını tanımalıdır".