Minsk qrupundakı ölkələrin dövlət maraqları vasitəçilik missiyasını üstələyir
17 May 2024 11:37 SiyasətSülh müqaviləsinin imzalanması üçün heç bir vasitəçiyə ehtiyac toxdur
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmiş ATƏT-in Minsk qrupunun ötən müddət ərzindəki fəaliyyəti heç bir səmərəli nəticə verməyib. Problemin həlli məqsədilə qurumun irəli sürdüyü təkliflər elə təklif olaraq kağız üzərində qalıb. Minsk qrupunun real təsir mexanizmi olmadığından tövsiyyə xarakterli təklifləri münqaişə tərəflərində "söz oyunundan" o tərəfə keçməyib. Məhz bu səbədən nizamlama prosesində təsir imkanlarını irtirmiş Minsk qrupu fəaliyyətsiz bir quruma çevrilib. Ancaq nədənsə, qurumda təmsil olunan dövlətlər onun statusunun saxlanmasında maralı görünür.
Azərbaycan isə BMT Təhlükəsilik Şurasının qətnaməsini icra edərək öz ərazi bütövlüyünü təmin edən ölkə olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatdığı qənaətindədir. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı çatıb. Dövlət başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.
Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunda vasitəçi qismində Rusiya, Fransa və ABŞ təmsil olunur. Narahatverici məqam ondan ibarətdir ki, sadalanan dövlətlərin hər üçünün zahirən Azərbaycanla münasibəti normal olsa da onların ölkəmizlə bağlı dövlət maraqları göz önündədir. Nəzərə almaq lazımdır ki, Rusiya Cənubu Qafqazda mövqeyini saxlamaq üçün Ermənistandan maksimim istifadə edir. Elə bu məqsədlə də Ermənistan ərazisində (Gümrüdə) öz hərbi bazasını yerləşdirib. Fransa bu ölkədə erməni soyqırımı olmayıb deyənlərin məsuliyyətə cəlb edilməsilə bağlı qanun qəbul edib, hazırda da Ermənistanı silahla təmin etməkdədir. Amerika Birləşmiş Ştatlarının bir sıra senatoru hələ 1990-cı ildə SSRİ prezidenti Mixail Qorbaçovun qarşısına tələb qoymuşdu ki, Qarabağ Azərbaycanın tərkibindən çıxarılsın və ermənilərə öz talelərini ittifaq tərkibində istədikləri kimi müəyyənləşdirməyə icazə verilsin. Hazırda da ABŞ Cənubi Qafqazdakı maraqlarını təmin etməkdən ötrü min cür oyundan çıxır. İndi təsəvvür edin ki, bu dövlətlərin təmsil olunduğu Minsk qrupundan hansı ədalətli qərar gözləmək olar? Məhz bu kimi amilləri nəzərə alaraq Azərbaycan Minsk qrupunun ləğv edilməsi təklifi ilə çıxış edir.
Təsadüfi deyil ki, prezident İlham Əliyev qeyd edib ki, uzun illər ərzində biz münaqişənin sülh yolu həllini tapmaq üçün fəaliyyət göstərdik: "Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il burada keçirilən görüşlərimizdə biz hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik. Biz ədalətin zəfər çalmasını istəyirdik, əfsuslar olsun ki, bu, sülh yolu ilə baş vermədi. Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub".
Siyasi baxımdan Azərbaycanın belə bir təkliflə çıxış etməsi məntiqli görünür. Çünki, Azərbaycan artıq hərbi-siyasi yolla ərazi bütövlüyünü təmin edib. Belə ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü, eləcə də tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim edib.
Azərbaycanın Qarabağın azadlığı uğrunda apardığı savaş beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqinə əsaslanmaqla təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandan "Dəmir yumruq"la 20 sentyabr 2023-cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə daha bir mühüm tarixi zəfərə imza atdı. Artıq Azərbaycan və Ermənistan heç bir vasitəçinin içtirakı olmadan Qazaxın 4 kəndinin geri qaytarılması barədə razılıq əldə edib. Delimitasiya və demarkasiya prosesnə start verilib, hazırda on kilometrlik ərazidə demarkasiya işləri başa çatdırlıb. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub. Belə halda mövcud olmayan münaqişənin nizamlanmasından necə söhbət gedə bilər? Axı, Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılmışdı.
Alim