Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi ilə bağlı paylaşım edib
15 May 2024 19:52 SiyasətPrezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:
"Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və Slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31