Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 16:07 SiyasətRusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı general-mayor Kirill Kulakov Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub.
Olaylar bildirir ki, orden Kirill Kulakova Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarını yolasalma mərasimi zamanı təqdim olunub.
Həmçinin, bir qrup rus hərbi qulluqçu sülhməramlı kontingentdə fərqləndiklərinə görə medallarla təltif olunublar. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31