Azərbaycan və Çinin qarşılıqlı iqtisadi əlaqələrinin çox böyük potensialı mövcuddur-Tural İsmayılov- ÖZƏL

"Azərbaycanla Çin arasında çox yaxşı əlaqələr formalaşıb və bu gün hamıya bəllidir ki, Çin dünyada öz iqtisadi potensialına görə ən çox yüksələn dəyərlərdən biri hesab edilir. Çinin bu gün mövqelərinin möhkəmləndirilməsi və dünyanın iqtisadi sistemində özünəməxsus yer tutması faktoru göz önündə olan bir məsələdir". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Bu kontekstdə Azərbaycan- Çin münasibətlərinin inkişaf etməsi, ikitərəfli əlaqələrin daha da dərinləşməsi, Azərbaycan, Çin münasibətləri baxımından, həmçinin bölgənin iqtisadi gələcəyi baxımından da vacib əhəmiyyətə malikdir. Eyni zamanda, biz bilirik ki, məhz Çin Xalq Siyasi Məşvərət Şurasının sədr müavininin cənab Prezident tərəfindən qəbul edilməsi və burada Azərbaycan Prezidentinin Çinə səfərləri ətrafında müzakirələr aparılması, həmçinin Çin sədri Si Çinpinlə cənab Prezident İlham Əliyevin görüşləri və Azərbaycan Çin arasındakı dostluq münasibətlərinin dərinləşdirilməsi ilə bağlı fikirlərin səslənməsi iki ölkə arasındakı münasibətlərin bu gün hansı səviyyədə inkişaf etdiyini növbəti dəfə ortaya qoymuş olur. Son dövrlər Çinlə Azərbaycan arasında, özəlliklə qarşılıqlı diplomatik səfərlərin sayının artdığını görürük ki, bu da iki ölkə arasındakı siyasi münasibətləri inkişaf etdirərək növbəti məcraya daxil etdirir. Və əlbəttə ki, bu siyasi əlaqələrin möhkəmlənməsi fonunda iqtisadi sahədə ciddi artımlar müşahidə edilir. Açıqlanan rəsmi rəqəmlər datalar və statistikalar da göstərir ki, Azərbaycan və Çinin qarşılıqlı iqtisadi əlaqələrinin çox böyük potensialı mövcuddur və iki ölkənin bir biri ilə münasibətləri fonunda iqtisadi əməkdaşlıq daha da dərinləşir ki, bu da hesab edirəm, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə böyük töhfələr verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31