Azərbaycanla sərhəddən çıxarılan Rusiya hərbçiləri hara aparılacaq?

Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi İrəvan xahiş edib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə namizəd Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını Azərbaycanla demarkasiya xəttinə geri çəkməyi və hüquqi olaraq müəyyən edilməmiş ərazilərdə yerləşdirməməyi xahiş edib.

"Bu barədə qərar qəbul edilib və tezliklə İrəvandakı "Zvartnots" hava limanında sərhəd-keçid məntəqəsi bağlanacaq", - Bortnikov deyib.

Bortnikov həmçinin, Rusiya sərhədçilərinin bir hissəsinin Ermənistanda qalaraq, ölkənin Türkiyə və İranla sərhədini qoruyacağını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31