Uzun illər ərzində ATƏT-ə üzv ölkələrin eyni yanaşmasına şahid olmadıq - Ceyhun Bayramov

Uzun illər ərzində biz ATƏT-ə üzv ölkələrin eyni yanaşmasına şahid olmadıq.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan üçün bu, ağrılı mövzudur.

"90-cı illərin əvvəlində biz ədalət üçün daha çox BMT ilə yanaşı, ATƏT-ə üz tutduq. Bu kritik dönəmdə üzv dövlətlərin bu işlərə məqsədli şəkildə bir o qədər də diqqət yetirməmələri digərlərinin də ümidini artırdı",- deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31