Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması bizim üçün başlıca məsələdir - ATƏT sədri
14 May 2024 13:23 SiyasətAzərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunması ATƏT üçün başlıca məsələdir.
Olaylar xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"Uzunmüddətli sülh üçün diplomatiya yolundan davam etməliyik. Dünən Ermənistanda səfərdə olarkən də bildirdim ki, danışıqlar yaxşı məram çərçivəsində aparılmalıdır ki, həll yolu tapılsın", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31