ABŞ-dən XİN başçılarının görüşü barədə AÇIQLAMA: "Sülhə inanırıq"

"ABŞ Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləməkdə davam edir". 

Olaylar.az bildirir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistan və Azərbaycanın xarici işlər nazirləri - Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Almatıda aparılan danışıqları şərh edərkən deyib.

"Biz sülhün mümkün olduğuna inanırıq. Məndə tərəflər arasında danışıqlarla bağlı yeni məlumat yoxdur, lakin biz bu prosesi dəstəkləməyə davam edəcəyik", - o bildirib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqlar baş tutub.

Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31