Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü keçirilib
14 May 2024 12:36 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla geniç tərkibdə görüşü keçirilib.
Olaylar xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Malta əməkdaşlığı, ATƏT-in prioritetləri, üzləşdiyi problemlər, eləcə də, regionda münaqişədən sonrakı vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi diqqət mərkəzində olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31