Böyük Qayıdışın təmin olunması dövlətin əsas prioritetləri sırasındadır- ÖZƏL
14 May 2024 12:29 Siyasət"İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib: "Ulu Öndərin anadan olmasının 101-ci ildönümündə Prezident və birinci xanım tərəfindən Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da isə ikinci yaşayış kompleksinin təməli atılmışdı. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilir".