Ermənistanda kilsənin etiraz aksiyası Azərbaycana təhdiddir- ÖZƏL

"Ermənistan tərəfi Alma-Ata görüşündə sülh müqaviləsindən əvvəl nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklif edib. Bununla bağlı müəyyən bir protokolun bağlanmasında maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqan müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan tərəfinin bu təklifi yekun sülh müqaviləsi bağlamadan çərçivə sazişi ilə mümkün ola bilər: "İki ölkə arasında yekun sülh müqaviləsininin də Qazaxıstanda bağlanması razılaşdırılıb. Amma, Ermənistanda davam edən etiraz aksiyalarında N. Paşinyanın hansı siyasət yürüdəcəyi maraqlıdır. Artıq Keşiş Baqratın  keçirdiyi etiraz aksiyasında müharibə ilə Qarabağı qaytaracağını elan etdi. Bu, artıq Ermənistanda 1988-ci il "Miatsum" hərakatını xatırladır. Qarabağ məsələsini etirazlara daşınması Azərbaycanı da düşündürməlidir. Təbii ki, prezident İlham Əliyev Şuşada revanşistlərə sərt mesajını verdi. Demək olar ki, Yerevanda keçirilən etiraz aksiyası Qarabağı gündəliyə daxil etməklə müharibə atmosferinə keçib. Bunula da Ermənistanda kilsənin etiraz aksiyası Azərbaycana da təhdiddir. N. Paşinyan bu etirazın qarşısıni almalıdır, əks halda kilsə və Rusiya regionda yeni münaqişənin alovlanmasında maraqlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31