Paşinyanın apardığı siyasətə qarşı çıxmaqla Azərbaycanla savaşı seçirlər-Oqtay Qasımov- ÖZƏL
13 May 2024 19:00 Siyasət"Ermənistan müxalifətinin, xüsusilə də keşişlərin başının çəkdiyi etiraz aksiyaları təbii ki, Paşinyanın istefasını tələbi ilə keçirilir və bəhanə olaraq guya Ermənistan Azərbaycan sərhədlərində demilitasiya demarkasiya prosesinə etiraz edirlər. bunun üzərindən hakimiyyətə təzyiq etmək, mümkün olarsa, paşinyanın istefasına nail olmaq məqsədi güdülür".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu etiraz aksiyalarının əsas məqsədi və onun arxasında duran əsas sifarişçi Qarabağ klanının odioz üzvü olan hərbi cinayətkar Robert Koçaryandır. Bunu da Paşinyan açıq tekstlə özünün mətbuat konfransında bəyan etdi. "Bu etiraz aksiyaları öz məqsədinə çatacaqmı" Açıqcası bunu söyləmək çox çətindir. Çünki hal hazırkı durumu ilə baxdığı Paşinyan hakimiyyəti də öz mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu gün də şəhərdə İrəvanda yolları bağlamağa cəhd edən etirazçılara qarşı tədbirlər görüldü və yollarda hərəkət bərpa edildi. Bu revanşist qüvvələri müxalifətin əslində aksiyalarının nəticə verməyəcəyinin əsas səbəblərindən biri də onların konkret plan və proqrama malik olmamaları, Azərbaycan Ermənistan arasında münasibətlərin necə tənzimlənəcəyi ilə bağlı aydın bir platformanın olmamasıdır. Yəni, əslində onlar Paşinyanın apardığı siyasətə qarşı çıxmaqda, faktiki olaraq Azərbaycanla savaşı seçirlər ki, bunun da nəticəsi bölgədə ciddi gərginlik və Ermənistan üçün olduqca ağır nəticələr deməkdir. Ermənistan dövlətçiliyinin sual altına düşməsi anlamına gələ bilər. Bu baxımdan götürdüyümüzdə bu etiraz aksiyalarının öz məqsədinə nail olacağı, yəni Paşinyanın istefaya göndəriləcəyi inandırıcı görünmür. Sadəcə olaraq, orada ən təhlükəli məqam ordudan bir qrupun etirazçıların tərəfinə keçməsi ola bilər ki, bu ciddi gərginlik demək olacaq".