Bu halda sülhdən və əmin-amanlıqdan danışa bilərik!-Zeynal Əmrəliyev- ÖZƏL

"Dövlət başçısının "Xarıbülbül" Festivalında  Şuşada səsləndirdiyi fikirlər tamamilə haqlı idi və bu, qalib ölkə olaraq  Azərbaycanın dünyada necə üstün bir mövqeyə gəldiyini bir daha göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Xüsusilə də hal-hazırda Azərbaycan Cənubi Qafqazda sülhün və əmin -amanlığın qarantı kimi çıxış edir. Təhlükəsizlik məsələsi Azərbaycan üçün Cənubi Qafqazın prioritetini təşkil edir və bu istiqamətdə Cənab Prezidentin səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır.  Azərbaycan hal hazırda Qarabağda sülhün və əmin amanlığın ümumiyyətlə regionda əbədi olması üçün çalışır və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsası da məhz Qarabağdakı sülhün əbədi olmasından gedir. Yəni əgər Ermənistanda revanşizm yenidən baş qaldırmayacaqsa, Qarabağa dair iddialar yenidən gündəmə gəlməyəcəksə, o zaman biz, Cənubi Qafqazda sülh və əmin amanlıqdan danışa bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31