Yaxşı olar ki, qısa zamanda Azərbaycanın təklif etdiyi ədalətli sülhə imza atsınlar-Kazım Kazımov- ÖZƏL

"Hər şeydən öncə onu qeyd edim ki, Şuşada keçirilən tədbir həqiqətən də müstəsna idi. O tədbirə baxanda ilk öncə onu hiss etdik ki, sanki xalqımızın başına, Xocalı kimi, Qarakənd kimi, Şuşanın, Kəlbəcərin və digər şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin işğalı kimi hadisə gəlməmişdi. Həqiqətən,  Azərbaycan xalqının bu gün belə xoşbəxt bir şəkildə, belə bir tədbir keçirməsi həqiqətən çox xoş idi".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Cənab Prezidentin Qarabağdakı, Şuşadakı çıxışına baxdığımızda Azərbaycanın yenə sülh mövqeyində olduğunu açıq şəkildə gördük və cənab Prezidentin də ifadə etdiyi kimi, həqiqətən artıq Azərbaycana qarşı çevrilmiş erməni revanşist qüvvələri də, digərləri də, onların Qərbdəki havadarları da  başa düşməlidirlər ki, artıq onların xülyaları keçmişdə qaldı və Qarabağ bundan sonra da İnşallah, daimi sülhün mərkəzi olacaqdır. Çünki bu gün Azərbaycan ordusu, xalqı, iqtisadiyyatı, siyasi hakimiyyəti, Qarabağın bundan sonra sonsuza qədər Azərbaycanın əlində qalacağını, Azərbaycanın torpağı olacağını göstərir. Yaxşı olar ki, bunu bədnam qonşularımız da başa düşsün və  qısa bir zamanda Azərbaycanın təklif etdiyi ədalətli sülhə imza atsınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31