Ararat Mirzoyan: "Almatıda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar konstruktiv şəraitdə keçib"
13 May 2024 13:04 SiyasətAlmatıda Ermənistan və Azərbaycan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar konstruktiv şəraitdə keçib.
Olaylar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in hazırkı sədri Yan Borq ilə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin qiymətləndirməsi Qazaxıstanda aparılan danışıqların yekunlarına dair məlumatda öz əksini tapıb:
"Proses bizim dəfələrlə bəyan etdiyimiz prinsiplər əsasında davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31