Prezidentin Azərbaycanın müharibə tərəfdarı oldmadığı barədə mesajı xüsusi diqqət çəkir- ÖZƏL

"Ölkə başçısının Şuşada bir daha Azərbaycanın heç vaxt müharibə tərəfdarı oldmadığı barədə mesajı xüsusi diqqət çəkir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin üzvü Sevinc Hüseynova deyib: "Sadəcə olaraq keçmiş ATƏT-in Minsk Qrupunun 28 ildə fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlmişdi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Çünki məsələni həll etmək istəmirdilər. Cənab Prezidentin də vurğuladığı kimi "onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin". Ona gör də, regionda yenidən gərginliyin yaranmasında maraqlı olan qüvvələr o cümlədən Fransa və Amerika kimi ölkələr Azərbaycan xalqının və dövlətinin iradəsindən kənar heç bir prosesin reallaşmasının mümkün olmayacağını yəqin etməlidir. Məhz bu kontekstdə ölkə başçısı da qeyd etdi ki, "hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır". Eyni zamanda bir daha Ermənistana və ona havadarlıq edən Fransaya da konkret mesajlar verildi, revanşistlərə xəbərdarlıq olundu. Güclü, qalib Azərbaycanın bütün prosesləri diqqətlə izlədiyi, istənilən təhdidə qarşı daha sərt adekvat addım atacağı bir daha bəyan edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31